Tramp İranla bağlanan müqaviləni Tehranın " qeyd-şərtsiz kapitulasiyası" adlandırıb
Far.Az xəbər saytı

Tramp İranla bağlanan müqaviləni Tehranın " qeyd-şərtsiz kapitulasiyası" adlandırıb


ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında anlaşma memorandumunun imzalanmasını İranın faktiki olaraq "qeyd-şərtsiz kapitulasiyası" hesab etdiyini bildirib.

"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Axios" portalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ İrana ciddi hərbi məğlubiyyətə uğradıb və üstünlüyünü nümayiş etdirib.

Lakin razılaşma həm Demokratlar, həm də bəzi Respublikaçılar tərəfindən tənqid olunub. Senator Riçard Blumental, xüsusən də, sənədi ABŞ üçün "utancverici bir razılaşma" adlandıraraq, bunun Tehranın deyil, Vaşinqtonun təslim olmasına bənzədiyini iddia edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər