"Axios", Vensin İsveçrəyə səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Far.Az xəbər saytı

"Axios", Vensin İsveçrəyə səfərinin təxirə salınmasının səbəbini açıqlayıb


Vaşinqtonun ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün vitse-prezident Cey Vi Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "X" sosial şəbəkə hesabında Amerikanın "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid yazıb.

Ravid ABŞ rəsmiləri arasındakı mənbəyə istinadən qeyd edib ki, görüşün təxirə salınmasının səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı tələbləri ola bilər. Belə ki, rəsmi Tehran İsrailin Livana qarşı hər hansı yeni hücumunu ABŞ ilə anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəyini bildirib.

Qeyd edək ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər