Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb
Far.Az xəbər saytı

Tokio və Vaşinqton Yaponiya adalarının müdafiəsi üzrə birgə təlimlərə başlayıb


Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Dəniz Piyadaları Korpusu ada ərazilərinin müdafiəsinin təkmilləşdirilməsinə yönəlmiş "Qətiyyətli əjdaha" (Resolute Dragon) birgə çöl təlimlərinə başlayıblar.

"Far.Az" "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında və Okinava prefekturasında keçirilir və iyunun 30-dək davam edəcək.

Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Ordusunun komandanı general-leytenant Seydzi Toriumi təlimlərin açılış mərasimində bildirib ki, müdafiə potensialının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Məlumata görə, təlimlər Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiya və Çin arasında ərazi mübahisələri fonunda keçirilir.

Təlimlərdə həmçinin "Type 10" tankları da iştirak edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər