Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib
Far.Az xəbər saytı

Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl məhrum edildiyi "Ağ qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə göndərib.

"Far.Az" xəbər verir ki, bu barədə onun "Telegram"dakı mesajında deyilir.

O, həmçinin paylaşıma poçt şöbəsindən çəkilmiş fotoşəkilləri də əlavə edib.

"Biz hesab edirdik ki, 2023-cü ildə "Ağ qartal" ordeni məhz Ukrayna xalqına və ordumuza ünvanlanıb. O vaxt belə deyilirdi", - Zelenski yazıb.

O qeyd edib ki, Polşanın ali etimadının rəmzi əvvəllər II Yekaterina, Benito Mussolini və Gerhard Şröder də daxil olmaqla, tarixi şəxsiyyətlərdə qalıb.

Bununla yanaşı, Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev Rusiya ilə qarşıdurmada dəstək və əməkdaşlığa görə Polşa xalqına minnətdardır və Varşava ilə gələcək qarşılıqlı fəaliyyətə ümid edir.

Xatırladaq ki, əvvəllər Polşa Prezidenti Karol Navrotski tarixi mübahisə fonunda Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etdikdən sonra Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa dövlət mükafatından imtina etdiyini bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər