Tokayev Avropa və Mərkəzi Asiya arasında əlaqə yaratmaq üçün Orta Dəhlizin inkişaf etdirilməsinə çağırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Orta Dəhlizə Avropa ilə Mərkəzi Asiya arasında formalaşan iqtisadi əlaqə sisteminin əsası kimi baxmağa çağırıb.
"Far.Az"un məlumatına görə, Qazaxıstan Prezidenti bunu Brüsselə səfəri ərəfəsində "Euronews" üçün yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan Avropa ilə Asiya arasında Orta Dəhlizi Avropa İttifaqının (Aİ) "Global Gateway" təşəbbüsünə uyğun olaraq inkişaf etdirir:
"Bununla yanaşı, marşruta yalnız yüklərin sürətli daşınması üçün nəqliyyat arteriyası kimi baxılmamalıdır. Orta Dəhlizi Avropa bazarlarını və iqtisadi mərkəzlərini Mərkəzi Asiyanın resursları, inkişaf edən sənaye bazası və logistik potensialı ilə birləşdirən formalaşan sistemin əsası kimi başa düşmək daha doğru olardı".
Qazaxıstan Prezidenti bildirib ki, əsl qarşılıqlı əlaqəlilik bazarların inteqrasiyasına kömək edir, investisiyaları stimullaşdırır, sahibkarlığı dəstəkləyir və cəmiyyətləri yaxınlaşdırır.
K.Tokayevin fikrincə, nəqliyyat marşrutları tarixi İpək Yolu kimi həmişə strateji arteriyalar olub, coğrafi üstünlüklərdən istifadə isə iqtisadi artım və məhsuldarlığın inkişafı üçün yeni imkanlar yaratmağa şərait yaradır.
Xatırladaq ki, Kasım-Jomart Tokayev iyunun 22-23-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Brüsselə rəsmi səfər edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti Davosda "Euronews" televiziyasına müsahibə verib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













