Makron: İsrail qoşunlarını Livandan çıxarmağa başlamalıdır
İki ölkə arasında atəşkəs rejiminin bərqərar olunması ilə paralel olaraq İsrail Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır.
"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron livanlı həmkarı Cozef Aun, Baş nazir Nəvaf Salam və Nümayəndələr Palatasının spikeri Nəbih Berri ilə söhbətinin yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.
"Mən onların hər birinə Fransanın Livanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini təsdiqlədim. Bütün tərəflərin riayət etməli olduğu möhkəm atəşkəs rejiminin bərqərar olması İsrail qoşunlarının Livan ərazisindən çıxarılması və dövlətin güc tətbiq etmək üzrə müstəsna hüququnun həyata keçirilməsini təmin etmək üçün Livan Silahlı Qüvvələrinin yenidən dislokasiyası üzrə paralel prosesin başlanmasına imkan yaratmalıdır", - o yazıb.
Makronun sözlərinə görə, Fransa bu prosesə konkret dəstək verməyə və Livan Silahlı Qüvvələrinin gücləndirilməsi, eləcə də köçkünlərin ehtiyaclarının qarşılanması üçün yaxın həftələrdə Livan hökuməti ilə birgə beynəlxalq ictimaiyyəti səfərbər etməyə hazırdır.
Oxşar xəbərlər
İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Livan parlamentinin sədri İsraillə atəşkəsin tam təmin olunması üçün şərtləri açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













