TBMM sədri: Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndiririk
Far.Az xəbər saytı

TBMM sədri: Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndiririk


Rəsmi Ankara Azərbaycanla Ermənistan arasında aparılan və mühüm irəliləyiş əldə olunan sülh danışıqlarını yüksək qiymətləndirir.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda gedən sülh prosesini sonadək dəstəkləyir:

"Ümid edirəm ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında davamlı və səmimi bir sülh bərqərar olacaq. Qiyamətədək bu torpaqlar, Qafqaz sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir bölgə kimi formalaşacaq".

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər