Kats yenidən İranı genişmiqyaslı zərbələrlə hədələyib
Far.Az xəbər saytı

Kats yenidən İranı genişmiqyaslı zərbələrlə hədələyib


Əgər İran Livandakı fəaliyyətinə görə və ya hər hansı başqa səbəbdən İsrailə hücum edərsə, İsrail bütün gücü ilə cavab zərbəsi endirəcək.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkənin kursantların buraxılış mərasimində bildirib.

O qeyd edib ki, İsrail silahlı qüvvələri Livan, Suriya və Qəzza zolağı ərazisindəki təhlükəsizlik zonalarında vaxt məhdudiyyəti olmadan qalmağa davam edəcək. Katsın sözlərinə görə, hərbi mövcudluğun qorunub saxlanılması İsrail sakinlərinin və yaşayış məntəqələrinin silahlı qruplaşmalardan qorunması üçün zəruridir.

"Biz İsrailin ali təhlükəsizlik maraqları - hərbi qulluqçularımızın və vətəndaşlarımızın qorunması məsələlərində kompromisə getməyəcəyik. Təhlükəsizlik zonalarından çıxmayacağıq", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər