Mətbuat Şurası “Report” İnformasiya Agentliyini yubiley münasibəti ilə təbrik edib
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti 10 yaşı tamam olan “Far.Az” İnformasiya Agentliyinin kollektivini təbrik edib.
"Far.Az"un məlumatına görə, təbrikdə qeyd olunub ki, son illər onlayn media orqanlarının sayının çoxalması, çətin rəqabət şəraitində ayaqda qalmaq, özünü oturuşmuş media orqanı kimi təsdiqləmək asan deyil.
"Əminliklə deyə bilərik ki, 10 yaşı tamam olan “Far.Az” İnformasiya Agentliyi böyük əzmkarlıq göstərərək bunu bacarıb. Onun ötən müddətdəki fəaliyyəti jurnalistika prinsiplərinə sadiqlik ruhundan qaynaqlanıb. Bu, son dərəcə böyük dividenddir, mühüm keyfiyyət göstəricisidir.
“Far.Az”un dəst-xətti ilə bağlı vurğulanmalı, üzərində dayanılmalı çoxsaylı məqamlar var. Media orqanı hadisə və proseslərə obyektiv münasibəti ilə inam və etimad qazanıb, peşəyə rəğbət aşılayıb, jurnalistikanın imkanlarını demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu, ölkəmizin beynəlxalq miqyasda ləyaqətlə təbliği naminə səfərbər etməyi bacarıb. Hesab edirik ki, ötən 10 ilin ən böyük mükafatı budur.
“Far.Az” İnformasiya Agentliyinin rəhbərliyini və əməksevər kollektivinin üzvlərini fəaliyyətlərinin 10 illiyi münasibəti ilə təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq", - təbrikdə bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Sentyabr ayının hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur













