Lyayenin olduğu binanın kondisioner sistemi istidən sıradan çıxıb
Avropa Komissiyasının Brüsseldəki qərargahında (Berlamont) kondisioner sistemi, Avropanın böyük bir hissəsini bürüyən həddindən artıq istilər səbəbindən iyunun 26-sı günortadan sonra qismən sıradan çıxıb.
"Report"un Avropa bürosu məlumatına görə, işçilərə daxili mesajlaşma sistemi vasitəsilə bildirilib ki, günün sonuna qədər binanın birinci mərtəbəsindən yeddinci mərtəbəsinə qədər soyutma sistemi məcburi dayandırılıb.
Qeyd olunur ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və komissarların əksəriyyətinin ofisləri 13 mərtəbəli binanın yuxarı mərtəbələrində yerləşir.
Əksər Avropa ölkələrində olduğu kimi, Belçikada da anormal istilər hökm sürür. İnsanlara açıq havada gəzməkdən, ağır idmanla məşğul olmaqdan və daha çox su içməkdən çəkinmələri tövsiyə edilib. Bu günün ötən həftə Avropada anormal yüksək temperaturun başlamasından bəri ən isti olduğu deyilir.
İsti hava dalğası Avropa infrastrukturu üçün də çətinliklər yaradır. Belçikada yüksək temperatur səbəbindən bəzi qatar reysləri ləğv edilib və Avropa Parlamentində soyutma sistemləri gərginləşdiyindən bu həftənin əvvəlində elektrik kəsintiləri yaşanıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













