Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
Küveytin Xarici İşlər Nazirliyi (XİN) İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib.
"Far.Az"un məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilir.
Bəyanatda vurğulanır ki, Küveyt İranın ölkəyə qarşı "təcavüz aktlarını" "suverenliyinin kobud şəkildə pozulması" kimi qiymətləndirir.
"Bu hücumlar davam edən regional və qlobal gərginliyin azaldılması səylərini sarsıdır və bu yolu dəstəkləyən beynəlxalq iradəyə birbaşa meydan oxuyur", - sənəddə deyilir.
Qeyd olunur ki, Küveyt suverenliyini mühafizə etmək, təhlükəsizliyi və sabitliyi, xalqın və ərazisinin sakinlərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, bazar günü gecə Küveytdəki Əli-əl-Salem hava bazasında və Bəhreynin Salman şəhərində ABŞ-nin beşinci donanmasının bazasında Birləşmiş Ştatların səkkiz mühüm hərbi obyektinə zərbə endirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













