Parlament seçkiləri Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır - RƏY
Gürcü xalqının yarıdan çoxu parlament seçkilərində sülh və sabitliyə, Gürcüstan-Azərbaycan dostluğuna səs verdi. Bu seçkilər Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır.
Bunu "Report"a SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib.
"Gürcüstandakı parlament seçkiləri bölgədə sülh və sabitliyin qorunub saxlanılması baxımından vacib bir hadisə idi. Azərbaycanda da bu seçkilər nəticələrinin necə olacağı baxımından maraqla izlənilirdi. Nəticə çox yaxşıdır. Hakim partiya Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayır, Qərbin burada mənfi təsirinin qarşısını alır. Sabit Gürcüstan isə həm də Azərbaycan üçün vacibdir", - o deyib.
K.Ramazanlı qeyd edib ki, bu gün Gürcüstanda yarım milyona qədər soydaşımız yaşayır:
"Soydaşlarımızın kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani bölgələrində, eləcə də Zalqa rayonunda əhalinin əksəriyyəti "Gürcü arzusu"na səs verdi. Hakim partiya ən çox Bolnisi sakinləri tərəfindən dəstək alıb. Qeyd edim ki, bu rayonun əhalisinin 75 faizini bizim soydaşlar təşkil edir. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olmasını nəzərə alaraq, soydaşlarımız hakim partiyaya dəstək ifadə etdilər. Hesab edirəm ki, onlar Azərbaycan-Gürcüstan münasibətlərində mühüm körpü rolunu oynayır, bu münasibətlərin inkişafına mühüm töhfə verirlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli QHT Forumunun sədri: Yerli azərbaycanlılar “Gürcü Arzusu”nun qələbəsində böyük pay sahibi oldu
Bu il parlament seçkilərini rekord sayda QHT müşahidəçiləri izləyəcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub














