Hikmət Hacıyev: Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir


Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Azərbaycanın günahsız mülki əhalisinə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.

“Far.Az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman edilməsindən 4 il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.

Oxşar xəbərlər

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbul cədvəli açıqlanıb
Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli, Gəncə terrorunu araşdırmalıdır - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər