"SABAH-ın Məzunu 2026" tədbiri keçirilib
Heydər Əliyev Sarayında "SABAH-ın Məzunu 2026" tədbiri keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, keçən 10 il ərzində SABAH qrupları inkişaf edərək Azərbaycan ali təhsilinin bu gününə çevrilib:
"Təhsilin də əsas mənası məhz insan yetişdirmək, həmin insanların öz ölkəsinə, öz vətəninə layiqli, dəyərli və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət etməkdir. SABAH qrupları ilə başlanan yolun isə bu illər ərzində müsbət mənada müxtəlif istiqamətlərdə inkişaf etdiyinə inanıram. Bu layihə təkcə özü ilə məhdudlaşmayıb, həm də onun ətrafında yaranan yeni təşəbbüslər vasitəsilə Azərbaycan ali təhsilinin keyfiyyətinə, o cümlədən ali məktəb məzunlarının hazırlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verib".
Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib.
Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbirdə çıxış edən 2018-ci il UNEC SABAH məzunu, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova bildirib ki, SABAH qruplarında təhsil alması onun peşəkar inkişafına mühüm töhfə verib.
O, SABAH qruplarının tələbələrə müasir bilik və bacarıqlar qazandıraraq onların gələcək karyera uğurlarına geniş imkanlar yaratdığını vurğulayıb.
Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1 285 bakalavr və 452 magistrın SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2 785 tələbəni və 8 212 məzunu əhatə edir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb













