Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli Azərbaycanca səfərdə olan Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı nazir Adil Kərimli iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib.
Bildirilib ki, iki ölkə liderlərinin birgə səyləri sayəsində Azərbaycan ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu vəziyyət mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün geniş perspektivlər yaradır.
Nazir son illərdə iki ölkənin xüsusilə teatr və kino sahəsində əməkdaşlığının diqqətəlayiq olduğunu vurğulayıb.
Gürcüstan mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkür edib, xanım nazir Tinatin Ruxadzenin səmimi salamlarını Adil Kərimliyə çatdırıb.
Gürcü qonaq Azərbaycan ilə mədəni-humanitar sahədə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qonşu ölkənin nümayəndə heyəti Azərbaycan və Gürcüstan Mədəniyyət nazirlikləri arasında birgə İşçi qrupunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













