Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb
Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer əsas yerləşdirmə mərhələlərində tutulmayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.
Onun sözlərinə görə, lakin bu, həmin yerlərin vakant olaraq qaldığı anlamına gəlmir: "Bu il 6 minə yaxın müəllim müsabiqədə uğur qazanıb və fəaliyyətə başlayıb. Hazırda vakant yerlər yarandıqca və yaxud tutulmayan yerlərə müəllimlərin yerləşdirilməsi prosesi davam edir".
MÜTDA sədri vurğulayıb ki, ayrı-ayrı ucqar kənd məktəblərində, xüsusilə az saatlı fənlər üzrə çatışmazlıqlar olur:
"Bu çatışmazlıqların aradan qaldırılması və müəllim təminatının həyata keçirilməsi üçün yerli təhsil idarəetmə orqanları müsabiqədən keçmiş, müvafiq keçid ballarını toplamış namizədlərlə həmin yerləri təmin edirlər. Biz tutulmayan yerlərlə bağlı çox aydın təlimatlar və tapşırıqlar vermişik ki, həmin vakant yerlər necə təmin edilməlidir. Ya yeni müəllim işə qəbul edilməlidir, ya qonşu məktəbdən əvəzçilik qaydasında digər fənn müəllimləri cəlb olunmalıdır, yaxud da müsabiqədən keçmiş, keçid balını toplamış müəllim dəvət olunaraq müqavilə əsasında işə qəbul edilməlidir".
Oxşar xəbərlər
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi













