BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Far.Az xəbər saytı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib


Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.

"Report" xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.

Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb olunması və məhkum edilməsi barədə məlumat verilib. Onların azadlığa buraxılması ilə bağlı çağırışların əsassız və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Səfir T. Musayev bildirib ki, bu cür cinayətlər ümumbəşəri dəyərlərə hücum xarakteri daşıdığından, heç bir dövlət onları törədənləri məsuliyyətdən azad etmək və ya cinayətlərinin hüquqi nəticələrinə məhəl qoymamaq hüququnu mənimsəməməlidir:

"Beynəlxalq ictimaiyyət cəzasızlığa qarşı çıxmaqda və qurbanların, sağ qalanların və onların ailələrinin yanında olmaqda qətiyyətli olmalıdır. Ədalət həqiqəti bərqərar etməyə, tarixi faktları qorumağa və həqiqi barışıq üçün əsas yaratmağa kömək edir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Tofiq Musayev UFC-də ilk qələbəsini əldə etdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər