Azərbaycanın turizm imkanları Çexiyada keçirilən tədbirlərdə təqdim olunub
Azərbaycanın zəngin mədəni irsi, təbiət turizmi və ilboyu turizm imkanları 19-20 oktyabrda Çexiyanın Praqa və Brno şəhərlərində keçirilən "AVIAREPS Around the World Roadshow 2026" silsilə tədbirlərində təqdim olunub.
"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycanın Çexiya turizm bazarında tanıdılması, ölkənin turizm məhsullarının təşviqi və yeni işgüzar əlaqələrin qurulması məqsədi daşıyıb. Proqram çərçivəsində 40-a yaxın turizm agenti və turoperatorla görüşlər keçirilib. Tədbir aviasiya, turizm və qonaqpərvərlik sahələrində beynəlxalq təmsilçilik və marketinq fəaliyyəti göstərən AVIAREPS şirkəti tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində Bakının tarixi və müasir turizm məkanları, Şəkinin mədəni irsi, İpək Yolu ilə bağlı turizm marşrutları, Azərbaycanın dağ-xizək və dağ piyada turizmi imkanları nümayiş etdirilib. Ölkənin müxtəlif səyahət maraqlarına uyğun turizm məhsulları Çexiyanın turizm sektoru nümayəndələrinə təqdim olunub, qarşılıqlı əməkdaşlıq və yeni tərəfdaşlıqların inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycanın Çexiya bazarında turizm potensialının genişləndirilməsi baxımından nəqliyyat əlaqələri və səyahət imkanları da diqqətə çatdırılıb. Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar və Çexiya vətəndaşları üçün elektron viza imkanları ölkəyə səfərlərin əlçatanlığını artıran amillər kimi təqdim edilib.
Bu ilin yanvar-sentyabr aylarında Çexiyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













