Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb.
"Far.Az" Polşa Mətbuat Agentliyinə (PAP) istinadən xəbər verir ki, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski və onun müavini Barтоş Soxanskinin bir ay müddətinə xidməti vəzifələrini icra etməkdən müvəqqəti kənarlaşdırılması barədə məlumat yerləşdirilib.
Bu müddətdə tribunala qurumda ən uzun iş stajına malik hakim Anna Korvin-Petrovskaya rəhbərlik edəcək.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb kimi, digər məsələlərlə yanaşı, sədr və müavinin parlament tərəfindən seçilmiş bütün hakimlərin iştirakı ilə tribunal hakimlərinin ümumi iclasının çağırılmasına mane olan hərəkətləri, eləcə də məhkəmə tərkiblərinin formalaşdırılması zamanı yol verilən pozuntular göstərilib.
"Polsat" telekanalının məlumatına görə, bu xəbərlərdən sonra məhkəmə binasının qarşısına çoxsaylı etirazçılar toplaşıb. Daha sonra polis əraziyə daxil olub.
Varşava polisinin mətbuat xidmətindən bildirilib ki, baş prokuror Valdemar Jurek davam edən etirazlarla əlaqədar Konstitusiya Tribunalının təhlükəsizliyinə "xüsusi diqqət yetirilməsi" xahişi ilə müraciət edib.
Oxşar xəbərlər
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE













