Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. Lakin Moskva ümid edir ki, İrəvan gec-tez bu təşkilatla əməkdaşlığını bərpa edəcək.
“Far.Az” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Ermənistan iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəlcədən bildiriblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyillər. Biz erməni tərəfdaşlarımızın təşkilatın gələcək işi ilə bağlı öz kurslarını müstəqil müəyyən etmək hüququnu şübhə altına almırıq", - o qeyd edib.
Y.Uşakov, həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tam hüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır: "Ermənistanın KTMT-nin işinə fiziki qayıdışı üçün qapılar açıqdır. Ümid edirik ki, erməni nümayəndələr gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığını bərpa edəcəklər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ermənistan Qərbin Rusiyadakı “Troya atı” rolunu oynayır - ŞƏRH
Qərbin Paşinyan planı - baş nazirə alternativ hazırlanır - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













