Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi yad edilib
Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad edilib.
“Far.Az”un Ankara bürosu xəbər verir ki, Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Şamil Ayrım çıxış edib.
O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, müdrik siyasətindən bəhs edib, Ulu Öndərin dövlət xadimi kimi xalqının, rifahı və inkişafı, o cümlədən Türk dünyasının birliyi üçün xidmətlərini sadalayıb.
Ş.Ayrım Heydər Əliyevin onillik hakimiyyəti dövründəki fəaliyyətlərindən danışaraq deyib ki, Ulu Öndər xalqının birliyini, ölkəsinin sosial, iqtisadi və mədəniyyət sahələrində inkişafını təmin etməklə yanaşı, beynəlxalq miqyasda tanınması və uğurlar qazanması üçün də çox böyük xidmətlər göstərib:
“Bu uğurlardan biri də müasir Azərbaycan Ordusudur. Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində qeyri-adi səylər göstərdi. Qəlbində daşıdığı Qarabağ nisgilinə ondan vətəni əmanət alan İlham Əliyev və silahdaşları Ulu Öndərin təməlini atdığı bu ordunun əli ilə son qoydu. Oğul atanın “Şuşa vəsiyyəti”ni həyata keçirdi”.
Ş.Ayrım bildirib ki, Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəsinin sərvətini milli sərvətə çevirməkdə və istismar olunmasının qarşısını almaqda əvəzsiz xidmətlər göstərib:
“Bakı-Tbilisi-Ceyhan neft kəməri xəyalları gerçəyə çevrildi. Qısa müddətdə Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Aralıq dənizinə gətirdi. Şahdəniz qazı qısa müddətdə Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə isə Avropaya çatdırıldı”.
Deputat Heydər Əliyevin Türk dünyasındakı fəaliyyətlərindən, uzaqgörən siyasətindən danışıb, Türk Dövlətləri Təşkilatının formalaşmasında onun ideylaraının da rolu olduğunu vurğulayıb:
“Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında onun atdığı köklü addımlar danılmazdır. Onun qoyduğu ənənə əsasında bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələri bütün Türk dünyasına nümunə kimi yayılır. Saymaqla bitməyən əsərlərin müəllifi, gördüyü işlərlə qəlblərimizi fəth edən Heydər Əliyevin mənəvi varlığı qarşısında baş əyirəm”.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













