Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib
Far.Az xəbər saytı

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.

"Far.Az"un məlumatına görə, Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub.

Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq salmaq və faciənin tanıdılması istiqamətində böyük rol oynayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanıdılmasının, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan torpaqlarının işğalı üçün həyata keçirilən strategiyalar Ruandada tətbiq edilənlərlə eynidir - SƏFİRLƏ MÜSAHİBƏ
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər