Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Far.Az xəbər saytı

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib


Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib - red) həsr olunmuş etiraz aksiyası keçirilib.

“Far.Az” xəbər verir ki, aksiyada ”Kolonializmə son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır", “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.

Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.

Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.

Oxşar xəbərlər

BTQ-nin icraçı direktoru: Müstəmləkəçilik əsarəti altındakı regionlar Azərbaycana ümid qapısı kimi baxırlar
BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Müstəmləkəçilik altında olan Sen Martin adası ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər