Düşənbədə xeyriyyə yarmarkasında Azərbaycan pavilyonu təşkil olunub
Far.Az xəbər saytı

Düşənbədə xeyriyyə yarmarkasında Azərbaycan pavilyonu təşkil olunub


Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.

"Far.Az" xəbər verir ki, tədbirdə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edərək ölkələrin pavilyonları ilə tanış olub.

Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan səfirliyi də tədbirdə fəal iştirak edib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir S.Muhriddinə məlumat verib.

Tədbirdə qonaqlara Azərbaycanın milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, milli mətbəx və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən turizm imkanları haqqında məlumatlar çatdırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər