ABŞ-də fermada partlayış olub, ölən və yaralananlar var
Far.Az xəbər saytı

ABŞ-də fermada partlayış olub, ölən və yaralananlar var


ABŞ-nin Corciya ştatının Kamilla şəhərində quşçuluq fabrikində baş verən partlayış nəticəsində bir qadın ölüb, daha bir neçə nəfər yaralanıb.

"Far.Az"un məlumatına görə, bu barədə “ABC News” xəbər yayıb.

Məlumata görə, zavodun ərazisində yerləşən və partlayışdan sonra alovlanan yük maşınında bir qadın ölüb. Onun müəssisənin işçisi olmadığı, partlayış zamanı zavod binasında olan ərini müşayiət etdiyi qeyd olunur. Telekanalın məlumatına görə, kişi xəsarət almayıb.

Quşçuluq ferması işçilərinin həmkarlar ittifaqının məlumatına görə, zavodda qazan partlayıb və bir neçə işçi yanıq xəsarətləri alıb, lakin hadisənin səbəbi barədə rəsmi məlumat verilmir.

Fabrikin sahibi olan “Tyson Food” şirkəti araşdırma aparır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər