Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar təcili müşavirə keçirilib - YENİLƏNİB
Cənubi Koreyada ölkənin cənub-qərbində baş verən təyyarə qəzasının nəticələrini müzakirə etmək üçün təcili müşavirə keçirilib.
“Far.Az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunb ki, hadisə yerinə gedən prezident səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok müşavirənin keçirilməsi barədə məlumatlandırılıb.
Prezident Administrasiyasının rəhbəri Çon Çjin Suk yüksək vəzifəli məmurlarla birlikdə qəzanın səbəblərinin hərtərəfli araşdırılması və müvafiq nazirliklərin səylərinin əlaqələndirilməsi üçün addımları müzakirə edib.
Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gəlib.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən “Newspim” agentliyi məlumat yayıb.
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.
Oxşar xəbərlər
Cənubi Koreyada baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb - YENİLƏNİB
Cənubi Koreyada prezident vəzifəsinin müvəqqəti icraçısı qəza yerinə gəlib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub













