Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub
Far.Az xəbər saytı

Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub


Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.

“Report” xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - məlumatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ
Təyyarə qəzasında həlak olan pilotlar dəfn olunub - YENİLƏNİB-2
Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevə başsağlığı verib
Ekspert: Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər