Castin Trüdonun etimad reytinqi kəskin şəkildə aşağı düşüb
Far.Az xəbər saytı

Castin Trüdonun etimad reytinqi kəskin şəkildə aşağı düşüb


Kanadanın Baş naziri Castin Trüdonun etimad reytinqi aşağı düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Nanos Research" tədqiqat şirkətinin rəhbəri "Nik Nanos CTV" telekanalının efirində bildirib.

Belə ki, Kanada lideri ölkə sakinlərinin 17,4 %-nin, onun rəhbərlik etdiyi Liberal Partiyası isə 21,3 %-nin etimadını qazanıb.

Mühafizəkarların rəhbəri Pyer Pualevra isə sorğuda üstünlük qazanıb. Belə ki, siyasətçinin etimad reytinqi 47 %, bəzi bölgələrdə 50 % olub.

Son göstəricilər Kanada Liberal Partiyasının daxilində baş verən hadisələrlə əlaqələndirilir.

Qeyd edək ki, dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.

Bu, Baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.

Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək.

Oxşar xəbərlər

Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyib
Kanada Baş nazirinin istefası yenidən müzakirə ediləcək
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Trüdo hökumətdə dəyişikliklər edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər