Fransa Çinlə ticarət mübahisələrini həll etməyə çalışır
Far.Az xəbər saytı

Fransa Çinlə ticarət mübahisələrini həll etməyə çalışır


Fransanın Baş naziri Fransua Bayru Çinə konyak satışlarına təhlükə yaradan ticarət mübahisələrini müzakirə etmək üçün bu ölkəyə səfər edəcək.

“Far.Az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bu gün ölkə səfirləri ilə illik görüşdə bildirib.

Makron Bayrunun Çinə səfərinin vaxtını açıqlamayıb.

Avropa İttifaqı 2024-cü ilin oktyabrında Çin elektromobillərinə 45 %-ə qədər rüsum tətbiq edib. Bir neçə gün sonra Pekin konyak idxalına tariflər tətbiq edib ki, bu da Çinə qarşı rüsumların tətbiqinin əsas tərəfdarlarından biri olan Fransaya cavab kimi qiymətləndirilib.

Xüsusilə Pekin Aİ-dən olan brendi idxalçılarından 30-40 % həcmində depozit ödəməyi tələb edib, bu isə “Hennessy” (LVMH.PA), “Pernod Ricard” (PERP.PA) və “Remy Cointreau” (RCOP.PA) daxil olmaqla Fransa şirkətlərinə zərbə vurub.

Oxşar xəbərlər

Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yaranıb
Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər