Almaniya gəmiləri Baltik dənizində idarəetmədən çıxmış tankeri yedəkləyib
Almaniyanın üç gəmisi Baltik dənizinin Rügen adasının şimalında sürüklənən, idarədən çıxmış "Eventin" tankerini yedəkləyib və onun yerində qalmasına kömək edib.
“Report”un xəbərinə görə, bu barədə DPA agentliyi Dəniz Qəza Xilasetmə Xidmətinə istinadən məlumat verib.
Əvvəlcə “Bremen Fighter” yedək gəmisi cümə axşamı “Eventin”ə yaxınlaşıb və onunla əlaqə yaradıb. Sonra daha iki gəmi yaxınlaşıb və tankeri yerində saxlamağa kömək edib: bunlar “VB Luca” və “VB Bremen”dir. Helikopterin köməyi ilə “Eventin”ə mütəxəssislər qrupu enib.
“Onların yanında fənərlər və radiolar var, çünki göyərtədəki akkumulyatorlar tədricən tükənir”, - xilasetmə xidmətinin nümayəndəsi bildirib.
İlkin məlumata görə, “Eventin”də elektrik enerjisi kəsilib.
Vəziyyət pis hava şəraiti ilə çətinləşib: tankerin yerləşdiyi ərazidə fırtına baş verib, dalğalar 2,5 m yüksəkliyə çatıb. Almaniyanın Qəza Xilasetmə Xidmətinin məlumatına görə, “Eventin”ində təxminən 99 min ton neft var. Söhbət Panama bayrağı altında hərəkət edən 274 metrlik gəmidən gedir. Ekipaj 24 nəfərdir. Tanker Rusiyanın Ust-Luq limanından Misirin Port-Səid şəhərinə yola düşüb.
İlkin məlumata görə, idarəetmə itkisinin səbəbi mühərrik nasazlığı olub. Hələlik ətraf mühit üçün heç bir təhlükə yoxdur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













