Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb
Far.Az xəbər saytı

Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb


Estoniya Xarici İşlər Nazirliyinin qlobal məsələlər üzrə vitse-kansleri Minna-Liyna Lind ATƏT-in xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya diplomatik idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın vizasının ləğv edilməsinə cavab olaraq Rusiyanın qara siyahısına daxil edilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək rütbəli mənbə məlumat verib.

"Bu qərar ötən ilin dekabr ayının əvvəlində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının ləğv edilməsi ilə əlaqədar Moskvadan Tallinə "salam”dır. Vizanın ləğv edilməsi Rusiya nümayəndə heyətinin ATƏT-in xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün uçuşundan bir gün əvvəl məlum olub", - o bildirib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər