İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Far.Az xəbər saytı

İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakıda və Salyanda keçirdiyi əməliyyatlar zamanı 41 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə "Far.Az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və metamfetamin aşkarlanıb.

"E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotikin dövriyyəsinin qarşısı alınıb
Qobuda saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb
Qobuda saxlanılan şəxsdə 2 kq narkotik aşkarlanıb
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər