ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb
Far.Az xəbər saytı

ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb


ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “X” sosial şəbəkəsində yayılan məlumatında deyilir.

Qeyd olunub ki, ABŞ ordusu da hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi prosedurlarını həyata keçirməyi və ya asanlaşdırmağı dayandıracaq. Qərar dərhal qüvvəyə minib.

Hazırda ABŞ ordusunda bu kateqoriyadan olan 15 minə yaxın insan xidmət edir. Onların tibbi göstəricilərə görə xidmətə yararsız hesab edilərək tərxis olunacağı gözlənilir.

Seçki kampaniyası zamanı Donald Tramp kişilərin qadın idmanında iştirakının qarşısını alacağına söz verib. Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qızların məktəb idman komandalarında oynamasını qadağan edən qanun layihəsini təsdiqləyib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər