Brilliant Dadaşovadan 8 mart konserti!
8 mart tarixində Bakı Konqres Mərkəzi Xalq artisti Brilliant Dadaşovanın unudulmaz konsertinə ev sahibliyi edib.
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Best of Brilliant" gecəsi sevgi, musiqi və sənət dolu anlarla yadda qalıb. Brilliant Dadaşova səhnəyə çıxan andan etibarən salonu öz ecazkar enerjisi və möhtəşəm səsi ilə ovsunlayıb.
"Caspian Media Group"un təşkil etdiyi konsert proqramında sənətçinin dillər əzbəri olan hit mahnıları, eləcə də sevənlərinin həsrətlə gözlədiyi yeni ifalar yer alıb. Onun duyğusal və eyni zamanda güclü çıxışı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Səhnə tərtibatı, işıq effektləri və canlı orkestrin müşayiəti gecəyə xüsusi rəng qatıb. Brilliant Dadaşova özünəməxsus səmimiyyəti ilə izləyiciləri ilə dialoq qurub, onların sevgisini hiss etdiyini bildirib və bu konserti məhz tamaşaçılarına həsr etdiyini vurğulayıb.
Tədbir zamanı sənətçinin bacısı, Vaqif Gərayzadənin "Sevil" instrumental ansamblının birinci solisti Sədaqət Dadaşova da səhnəyə çıxaraq "Yollar" mahnısı onunla duet oxuyub. Bundan başqa, gecədə mərhum Anar Nağılbazla virtual duet səslənib. Sənətçi gecədə iki libas dəyişib. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bu gün maestro Niyazinin doğum günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













