Tayland kralı ilk xarici səfərində təyyarəni özü idarə edib
Tayland kralı Maha Vaçiralonqkorn və kraliça Suthida ölkə xaricinə etdikləri ilk rəsmi səfərdə krallığa məxsus təyyarəni özləri idarə ediblər.
Far.Az haber global-a istinadən xəbər verir ki, pilot lisenziyasına sahib olan 72 yaşlı kral Vaçiralonqkorn və köməkçi pilot kreslosunda əyləşən kraliça Suthida 25-28 aprel tarixlərində baş tutan Butan səfəri zamanı Boeing 737-800 tipli kral təyyarəsi ilə təxminən 4 saatlıq uçuş həyata keçiriblər. Dünyanın ən çətin eniş zolaqlarından biri hesab olunan Paro Hava Limanına uğurla eniş edən Tayland kral cütlüyünü Butan kralı Ciqme Khesar Namgyel Vangçuk və kraliça Jetsun Pema qarşılayıb.
2016-cı ildən taxtda olan Tayland kralı üçün bu, kral olduqdan sonra ilk xarici səfər olub. Tayland krali cütlüyü Butanın paytaxtı Timbuda yerləşən Krallıq Sarayında rəsmi şəkildə qəbul edilib. Dörd gün davam edən səfər boyunca şəhər ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.
Tayland və Butan kimi Buddist ölkələrin kral ailələri səfər çərçivəsində XIII əsrdə inşa edilən Changangkha Lhakhang məbədində keçirilən dini mərasimdə də iştirak ediblər.
Ziyarətin sonunda Tayland kralı və kraliçası dönüş uçuşunu da özləri idarə edərək vətənə geri dönüblər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cənubi Koreyada bütün “Boeing 737-800”lər yoxlanılacaq
Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
Axios: ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
-
Qızılın qiyməti 2025-ci ilin sentyabrından sonra ilk dəfə 3 600 dollardan aşağı düşüb – Yenilənib
-
Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib













