Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb
Far.Az xəbər saytı

Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:

"Görüşdə ölkəmizin əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışdıq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında həyata keçirilən mebel klasteri layihəsi və əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələr apardıq".

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər