NATO baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk
Far.Az xəbər saytı

NATO baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk


NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında yazıb.

"Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur", - o bildirib.

Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil qərargahında H. Hacıyevlə R.Şekerinska arasında görüş olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər