"Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsi – İlkin kəşfiyyat işlərinin icrasına başlayıb.
"Far.Az-Economics" xəbər verir ki, QSC ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5 703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – Axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq, növbəti mərhələ üzrə fəaliyyətə keçid edib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir. Daha sonra filizlərin həcmi ilkin olaraq müəyyən ediləcək, metalın filizdən çıxım miqdarını müəyyən etmək üçün metallurji tədqiqatlar aparılacaq. Paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.
Həmçinin “AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk çəkilişləri həyata keçirilib. Nəticədə, böyük vaxt və vəsait tələb edən buruqqazma işlərinə qənaət edilib, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına zəmin yaradılıb.
Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
DMA sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb













