İsrail "Patriot" HHM-lərini Kiyevə verib
Far.Az xəbər saytı

İsrail "Patriot" HHM-lərini Kiyevə verib


Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən "Patriot" hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Insider" nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən xəbər verir.

"Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq", - diplomat bildirib.

Brodski "Patriotlar"ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

Eyni zamanda "The New York Times" mayın əvvəlində yazıb ki, Ukrayna "Patriot" sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər