Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edilib
Far.Az xəbər saytı

Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edilib


Ukraynanın Xarkov vilayətinin Müdafiə Şurası Şevçenkovki icmasının 7 yaşayış məntəqəsindən məcburi təxliyə barədə qərar qəbul edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında məlumat verib.

"Bunlar Baranovka, Berezovka, Novonikolayevka, Spodobovka, Staroveryovka, Duvanka və Fyodorovka kəndləridir", - o yazıb.

Sinqequbovun sözlərinə görə, bu qərar düşmənin həmin əraziləri intensiv atəşə tutması ilə bağlı olub. Son 2 ayda icmanın PUA və RYAS-lardan atəşə tutması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb, 87 şəxsi ev və 27 çoxmənzilli yaşayış binası zərər görüb.

"Ümumilikdə 181 uşağı təhlükəsiz yerlərə təxliyə etməyi planlaşdırırıq", - Sinequbov qeyd edib.

O bildirib ki, təxliyə olunanların hamısı müvəqqəti mənzillə təmin olunacaq, məcburi köçkün statusu almaqda dəstək görəcəklər, sosial müavinətlərdən və humanitar yardımlardan yararlanacaqlar.

Oxşar xəbərlər

Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ukraynanın Xarkov şəhərinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, yaralılar var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər