Pentaqon: "İran üç həftəyə 10 nüvə başlığı istehsal edə bilər"
"İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir."
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bəyan edib.
"Əgər İran rejimi nüvə silahının sürətləndirilmiş inkişafı istiqamətində irəliləməyə qərar verərsə, təxmin edilir ki, xammal ehtiyatı üç həftə ərzində 10-a qədər nüvə başlığının istehsalı üçün kifayət edəcək.
İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr də nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcəklər - ya bu texnologiyanı inkişaf etdirəcək, ya da satın alacaqlar ki, İrana qarşı çəkindirici qüvvələrini saxlaya bilsinlər", - Kurilla bildirib.
Oxşar xəbərlər
ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri Livana səfər edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Suriyada Amerika hərbçilərini ziyarət edib
Conson yenidən Konqresin Nümayəndələr Palatasının sədri seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır













