Rus rəqqas İslamı qəbul etdi
Far.Az xəbər saytı

Rus rəqqas İslamı qəbul etdi


Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan 34 yaşlı rəqs müəllimi Sergey Mixael neydə (qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti) ifa olunan musiqidən təsirlənərək İslamı qəbul edib.

Far.Az "TRT Haber"ə istinadən xəbər verir ki, o, dinlədiyi ney səsindən sonra sufi musiqisinə maraq göstərib. Rəqqas araşdırmalar zamanı Mövlana Cəlaləddin Ruminin "Məsnəvi" əsərini oxuyub və İslama yönəlib.

Sergey daha sonra Konyaya səfər edib. O, İrfan Mədəniyyəti Araşdırma və Mədəniyyət Mərkəzini ziyarət edib, müxtəlif sənət növləri ilə tanış olub.

Qərarı ilə bağlı danışan Sergey bildirib ki, yaxın ətrafı onu anlayışla qarşılayıb. O, Qurani-Kərimin tərcüməsini oxuduğunu və dini biliklərini artırmağa çalışdığını deyib.

Qeyd edək ki, Sergey dekabr ayında Konya şəhərində keçiriləcək Şəb-i Arus mərasimlərinə qatılmağı planlaşdırır.

Oxşar xəbərlər

Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər