Hidrometeorologiya Xidməti isti günlərdə yanğına həssas bölgələri açıqlayıb
Azərbaycanda hazırda gözlənilən isti hava şəraitində yanğına həssas bölgələr açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
O bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.
“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.
Qeyd edək ki, avqustun 29-30-da respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
BAKU.WSOxşar xəbərlər
Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir
Növbəti iki gündə Azərbaycanda isti hava şəraiti gözlənilir: Yanğın təhlükəsi var
Hidrometeorologiya Xidməti: Bəzi bölgələrdə isti havanın hökm sürəcəyi gözlənilir
İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













