Sumqayıtda səsvermə seçici fəallığı şəraitində keçirilir
Sumqayıt şəhərində səsvermə prosesi seçici fəallığı şəraitində keçirilir.
“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərində seçicilər 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində səs verirlər.
Məlumata əsasən, şəhərdə ümumi seçicilərin sayı 273 min 698 nəfərdir. Onlardan 2 499-u ilk dəfə səs verir. Seçicilərdən birinin yaşı 100-dən çoxdur.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Oxşar xəbərlər
Saat 10:00-a olan seçici fəallığı: Seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib
Fuad Nəcəfli səsvermə hüququndan istifadə edib
Baş prokuror Kamran Əliyev səs verib
ADY sədri Rövşən Rüstəmov səs verib
Bu gün Azərbaycanda səsvermə günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













