Azərbaycanda taksit kreditləri üzrə standartlar sərtləşib
Bu ilin II rübündə Azərbaycanda cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları (taksit) üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.
“Far.Az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
"I rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar III rübdə də əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını, kredit kartları üzrə standartlarda isə sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar", - hesabatda deyilir.
Sorğuya əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Respondentlər artımın əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına formalaşdığını düşünür. Banklar 2024-cü ilin III rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
"İstehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. I rüblə müqayisədə bankın mövcud və gözlənilən likvidlik mövqeyi sərtləşdirici faktor kimi daha az təsirə malik olub. Həmçinin cari ilin I rübündən fərqli olaraq II rübdə bankların mövcud və gözlənilən kapital mövqeyi ipoteka kredit standartlarına yumşaldıcı faktor kimi təsir edib. Sorğuya əsasən digər banklarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir edib”, - sorğuda qeyd edilib.
Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycanda kredit kartları ilə 774 milyon manatlıq 13,709 milyon əməliyyat aparılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,4 % və 26,6 % çoxdur
Oxşar xəbərlər
Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb
AMB ehtiyatları hesabına valyuta satışları aparılmasını nəzərdən keçirir - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













