Xalq artisti: "Ağlaya-ağlaya ayrılmışıq"
Far.Az xəbər saytı

Xalq artisti: "Ağlaya-ağlaya ayrılmışıq"


"Qayınanamın yanında olmaq arzusunda olmuşam. Türkiyədə yaşadığı üçün yanında ola, onunla yaşaya bilmədim. Məkanı cənnət olsun. Onun üçün indi də darıxıram, mənim üçün dəyərli olub".

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" proqramında deyib. Müğənni mərhum qayınanasından danışıb kövrəlib:

"İşi ilə bağlı bura gələ bilmirdi. Qayınanamı anam qədər istəmişəm. Məni dünyaya gətirən anamdan onu seçməmişəm. Mənim baş tacım həyat yoldaşım onun övladı olub. Necə sevməyə bilərəm? Həm də gözəl insan olduğu üçün onu sevirdim. İşimlə bağlı gedə bilmirdim. Gedəndə də qayıtmaq istəmirdim. Ayrılanda ağlaya-ağlaya ayrılırdıq. O qədər onu öpürdüm ki... Elə oğul böyüdüb ki, mənim dəstəyimdir. Sənətçinin dəstəyi ailədən başlayır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər