“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır
Far.Az xəbər saytı

“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır


Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsin mərkəzi filialında Nazirliyin tabeli qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan təqdim olunmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbulu da həyata keçiriləcək.

Qeyd edək ki, mərkəzi filialda ənənəvi poçt xidmətləri ilə yanaşı, eyni zamanda, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə və danışıq haqlarının qəbulu, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının ödənişləri və sair xidmətlər həyata keçirilir.

Xidmətin yaradılmasında məqsəd istifadəçilərin rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.

Oxşar xəbərlər

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
“Aztelekom”dan ölkədə internetin sürətinin zəif olmasına - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər