Türkiyə Homsda törədilmiş terror aktını pisləyib
Far.Az xəbər saytı

Türkiyə Homsda törədilmiş terror aktını pisləyib


Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyanın Homs vilayətində məsciddə törədilən terror aktını pisləyib.

"Far.Az" xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

"Hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirik, Suriya hökuməti və xalqına başsağlığı veririk" , - bəyanatda qeyd olunub.

Türkiyənin bütün təxribatlara baxmayaraq, Suriyanın yanında olduğu bəyan edilib.

Qeyd edək ki, Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətindəki İmam Əli məscidinə cümə namazı zamanı təşkil edilən silahlı hücum nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər