İranın Qum əyalətində terror aktına cəhd olub
Far.Az xəbər saytı

İranın Qum əyalətində terror aktına cəhd olub


İranın mərkəzində yerləşən Qum əyalətində silahlı şəxs ölkədə davam edən etirazlar və iğtişaşlar fonunda terror aktı törətməyə cəhd göstərib.

"Far.Az"un İranın "Tasnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qum əyalətinin qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Mürtəza Heydəri bildirib.

Onun sözlərinə görə İranın düşmənlərinin, xüsusən ABŞ Prezidenti və İsrailin Baş nazirinin hərəkətləri nəticəsində bəziləri ölkə daxilində xaos yaratmağa çalışırlar. Heydəri bildirib ki, Qumda terrorçu qruplarla əlaqəli silahlı şəxs qumbara ilə yoldan keçənləri öldürmək niyyətində olub. Lakin partlayıcı qurğu əlində partlayıb və o, ölüb.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər