Bekhemlər ailəsində gərginlik pik həddədir
Bekhemlər ailəsində gərginlik pik həddə çatıb.
Far.Az "Entertainmenttonight"a istinadən xəbər verir ki, ötən il yayın sonları Bruklin valideynləri Devid və Viktoria Bekhema rəsmi hüquqi məktub göndərib və onlardan onunla birbaşa deyil, yalnız vəkillər vasitəsilə əlaqə saxlamalarını xahiş edib.
Bu məktub "cease and desist" (dayandır-və-təslim ol) tipli hüquqi xəbərdarlıq kimi göndərilib və ailə münasibətlərindəki gərginliyi daha da artırıb.
Bu addımın məqsədi yaranmış problemləri ictimai müstəvidən uzaq, daha sakit və məxfi şəkildə həll etmək olub.
Bruklin valideynlərinin onunla bağlı mövzuları açıq şəkildə müzakirə etməyə davam etdiyini düşünərək vəziyyətdən narazı qalıb. Nəticədə, son çıxış yolu kimi valideynlərini sosial şəbəkələrdə bloklamaq qərarı verib.
Devid və Viktoriya dəfələrlə Bruklin və onun həyat yoldaşı Nikola Peltz ilə üz-üzə görüşüb problemləri müzakirə etməyə çalışdıqlarını bildirib. Mənbənin sözlərinə görə, məqsəd münasibətləri normallaşdırmaq və ailə bağlarını bərpa etməkdir.
"Devid üçün uşaqları hər şey deməkdir. O, onları sonsuz dərəcədə sevir," - deyə mənbə vurğulayıb.
Həmçinin qeyd olunub ki, Bruklin və Nikola Devid Bekhemin cəngavərlik titulu aldığı mərasim də daxil olmaqla, bütün ailə tədbirlərinə dəvət ediliblər. Onların həm şəxsi, həm də ictimai tədbirlərdən kənarda saxlanmadığı xüsusi olaraq bildirilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













